BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Ali Məhkəmədə Bakıda insan alverində təqsirləndirilən Aytəkin Quliyevanın kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Rəsmi məlumata əsasən, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Bərdə rayon sakinini Aytəkin Quliyeva həbs edib. Belə ki, onun Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Samsun şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmünə hökmü ilə Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4.1-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

Tarix: 18 Oktyabr 2023, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin