BURADA REKLAMINIZ OLA
BİLƏR

Pula görə qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başladı

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elməddin Əsədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


 
Qeyd: Hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisindəki 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Elməddin Əsədov münaqişə zəminində qonşusu Seymur Həsənova bıçaqla xəsarət yetirib. Daha sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümükün olub. İttihama görə, hadisədən əvvəl Seymur Elməddindən 30 manat borca pul alıb. Lakin o, aldığı pulu vaxtında qaytarmayıb. Cinayət hadisəsi də elə bu səbəbdən baş verib.

 

Kamal Məmmədov

Tarix: 18 Oktyabr 2023, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin