BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzovun köməkçisi vətəndaşı döyüb?

Sosial şəbəkələrdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun köməkçisi olduğu iddia edilən Həsən Daşdəmirov adlı şəxsin vətəndaşı döyməsi ilə bağlı yayılan video geniş müzakirə yaradıb. 

 

Pravda.az xəbər verir ki, S.Novruzov Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin Təşkilati məsələlər üzrə müavini vəzifəsində çalışarkən H.Daşdəmirov şöbənin əməkdaşı olub.

 

Novruzovun Daşdəmirovla dörd ilə yaxındır, əlaqəsi yoxdur. 

 

Hazırda S.Novruzovun köməkçisi Cahangir Məmmədlidir. O, Şahbuz rayonunda fəaliyyət göstərir.

 

Pravda.az-ın əməkdaşı yayılan görüntü ilə bağlı Həsən Daşdəmirovla əlaqə saxlasa da, o, danışmaq istəməyib.

 

Aytəkin Qardaşova 

Tarix: 18 Oktyabr 2023, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin