Reklam

Məscidlər açılır? - AÇIQLAMA

Artıq dünyanın bir çox ölkələrində pandemiya ilə əlaqədar tətbiq olunan karantin tədbirləri yumşaldılır. Bu yumşalma sırasında dini fəaliyytlər də var. Artıq ötən gündən etibarən İranın daha az yoluxma qeydə lınan və buna görə "ağ" kateqoriyaya daxil edilən bölgələrində məscidlər açılıb.
Almaniyada da bu həftənin şənbə günündən etibarən məscidlərin qapısı açılacaq. Oxşar yumşalma bir sıra başqa ölkələrdə də qeydə alınıb.Hazırda Ramazan ayında olduğumuz üçün insanlaırn mühüm bir qismi oruc tutur və ibadətlər edir. Bu səbəbdən də məscidlərin açılması mövzusu diqqət mərkəzindədir.

Azərbaycanda məscidlərin nə zaman açıla biləcəyi, xüsusən də mayın 24-də Ramazan ayının başa çatması münasibəti ilə qeyd olunan Fitr bayramı zamanı məscidlərin açılıb-açılmayacağı diqqət mərkəzində olan məsələlərdəndir.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı danışan azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər "Cümə" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli məlum səbəblərə görə may ayının sonuna qədər Azərbaycanda karantin rejiminin davam etdiyini bildirib. O, bununla yanaşı sözügedən yumşaldılma mərhələsində sırada məscidlərin ola biləcəyini də vurğulayıb:

"Yavaş- yavaş qərarlar yumşladılmağa başlayır. Əgər ki, bu gün kütləvi yerlər, yəni idarə, müəsssisələr, insanlarla izdihamlı olan yerlər açılırsa, onlar bu yerə toplaşa bilirsə, təbii ki, məscidlərdə də bu qərarlara uyğun olaraq addım atıla, insanların bir araya gəlib namaz qılması halı da baş tutacaq. Fitr bayramı ilə bağlı hələlik açıqlama yoxdur. Hər gün Nazirlər Kabineti yanında Operativ Qərargahın özünün xüsusi məlumatları olur. Biz qərar və qanunların çərçivəsində hərəkət edirik. Qeyd edilən məsələ Fitr bayramınadək öz həllini taparsa, kütləvi- informasiya vasitələri bu məsələdə fəal olacaqlar, biz də öz fikirlərimizi ictimaiyyətə açıqlayacağıq".Sonxeber.az

Tarix: 5 May 2020, 16:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin