BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bakı 4 №-li yol istismarı" MMC-ni cərimə gözləyir

"Bakı 4 №-li yol istismarı" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Məhkəmə iclası oktyabrın 31-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 19 Oktyabr 2023, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin