BURADA REKLAMINIZ OLA
BİLƏR

Qar uçqunu nəticəsində iki nəfər öldü

Alp dağlarının İtaliya tərəfində, Monblan zirvəsində qaç uçqunu olub, nəticədə iki xizəkçi ölüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə “The Mirror” məlumat yayıb.

Qeyd olunur ki, 28 yaşlı Edoardo Kamardella və 32 yaşlı Luka Martini dəniz səviyyəsindən 3 kilometr yüksəklikdə xizək sürərkən digər xizəkçinin yaxınlaşmaqda olan qar uçqunu barədə xəbərdarlığına məhəl qoymayıb. İtalyan xizəkçilər Punta Helbronner kanat yolu stansiyasından 500 metr aşağıda olduqda uçqunun altında qalıblar.

Hadisə yerində itlərin köməkliyi ilə xilasetmə işlərinə başlanılıb. Əraziyə bir helikopterin də cəlb olunduğu deyilir.

Tarix: 1 Dekabr 2019, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin