BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi qızına söz atan qonşusunun ağacla döydü - MƏHKƏMƏ

Astara Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəyal Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və icraata xitam verilib.

 

İttihama görə, hadisə 01 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Astara rayonu ərazisində qeydə alınıb. Belə ki, Xəyal Əliyev qonşusu, zərərçəkmiş Mahir Qarayevə (şərti) onun qızına söz atdığını bəhanə edərək başına ağac parçası ilə bir dəfə vurub. Nəticədə o, zərərçəkmişə yüngül zərər vurmaya aid olan xəsarət yetirib. Məhkəmə baxışı zamanı Xəyal Əliyev ona elan edilmiş ittihamda özünü tam təqsirli bilib.

 

Kamal Məmmədov

Tarix: 19 Oktyabr 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin