BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazanın qarşısında sahibkarı döyən şəxs məhkəmə zalında həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıq etməkdə təqsirləndirilən Zaman Zamanovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.             

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib, Cəlilabad Rayon Məhkəməsinin çıxardığı (şərti cəza) hökm dəyişdirilib, təqsirləndirilən şəxsin cinayət əməlləri Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsinə tövsif edilib. O, 2 il müddətinə azadlıqdan məhrum olunub. Zaman Zamanov məhkəmə zalından həbs edilib.

 

İttihama görə, hadisə 21 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən ərzaq mağazasında qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Zaman Zamanovun zərərçəkmiş Xanlar Dadaşova (şərti) məxsus həmin mağazaya 60 manat 40 qəpik borcu olub. Zərərçəkmiş də ondan həmin borcu istəyib. Buna səbəb olaraq, Zaman mağazanın qarşısında sahibkarı nalayiq söyüşlərlə söyərək onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə şillə, yumruq və təpiklə vurub. Bundan başqa, Zaman Zamanov 27 oktyabr 2022-ci ildə, saat 21 radələrində, Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən “Palma” restoranının həyətində zərərçəkmiş Niyaməddin Əsədovla (şərti) mübahisə edib, onu nalayiq söyüşlərlə söyüb. Daha sonra təqsirləndirilən şəxs masanın üzərində olan şüşə bakalı götürərək zərərçəkmişin sol qaş nahiyəsindən vurub. Nəticədə Niyaməddinin qaşı kəsilib.

 

Kamal Məmmədov

Tarix: 19 Oktyabr 2023, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin