BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəz Bankın bu şirkətə qarşı məhkəməsi başladı

Bakı Kommersiya Məhkəməsində Azərbaycan Mərkəz Bankının “Petroleum Services Group SA” Şirkətinin Azərbaycandakı filialına qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası noyabrın 1-nə təyin edilib.

 

Qeyd: Azərbaycan Mərkəz Bankı “Petroleum Services Group SA” Şirkətinin Azərbaycandakı filialını məhkəməyə verərək ipoteka müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 19 Oktyabr 2023, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin