BURADA REKLAMINIZ OLA
BİLƏR

Məzar daşlarının hazırlanması sexində qanlı cinayət - MƏHKƏMƏ

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ş.Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti qimən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 4 il azadlıqdan məhrumetmə cəzası 3 il 3 aya endirilib. 

 

İttihama görə, hadisə 2022-ci il tarixdə, saat 23 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsi, H.Əliyev prospektində yerləşən məzar daşlarının hazırlanması sexinin həyətindəki otaqda qeydə alınıb. Belə ki, Ş.Hüseynov həmin vaxtı orada olan tanışı, zərərçəkmiş E.Məmmədovla iş zamanı mübahisə edib. Mübahisəyə səbəb isə onun zərərçəkmişdən bıçaq istəməsi olub. Bu zaman E.Məmmədov ona “özüm daha yaxşı istifadə edirəm” ifadəsini işlədib. Nəticədə Ş.Hüseynov dəmir materialdan hazırlanmış qarmaqla tanışının üzünün sol hissəsinə bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 19 Oktyabr 2023, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin