BURADA REKLAMINIZ OLA
BİLƏR

Əri tərəfindən döyülən qadın: “Məni söyüb, başıma boşqab vurdu”

Astara Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sabiq Əsgərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, hadisə bu il Astara rayonu ərazisində qeydə alınıb. Belə ki, Sabiq Əsgərov arvadı, zərərçəkmiş Nərmin Əsgərova arasında ailə daxili münasibətlər zəmində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs şüşə boşqabla arvadının başına zərbə vurub. Nəticədə o, qadına sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirib. Məhkəmədə Sabiq Əsgərov ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşmanlıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığından qadının ondan hər hansı şikayəti olmadığını söyləyib. Nərmin Əsgərova ifadəsində deyib ki, mübahisə zamanı əri onun ünvanına nalayiq ifadələr işlədib, bədəninin müxtəlif nahiyəsinə yumruq zərbəsi vuraraq döyüb və əlindəki şüşə boşqabı başına vuraraq ona xəsarət yetirib. Hazırda Sabirlə barışdığını vurğulayıb.

 

Kamal Məmmədov

Tarix: 19 Oktyabr 2023, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin