BURADA REKLAMINIZ OLA
BİLƏR

"Neftçilər" metrosu yaxınlığında yaşayış kompleksi inşa edən şirkətə protokol yazıldı - 15 min manat cərimə gözləyir

"Qismət-M House" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci (Yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: MMC "Premium Park Neftçilər" adı altında "Neftçilər" metrostansiyasının yaxınlığında yaşayış kompleksi inşa edir.

 

Xəyal Quliyev

Tarix: 19 Oktyabr 2023, 11:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin