BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaçamaqçılıqda təqsirləndirilən taksi sürücüsünə bəraət verildi

Qaçamaqçılıqda təqsirləndirilən şəxsə bəraət verilib.

 

Bu barədə Pravda.az-a vəkil Adəm Məmmədov bildirib.

 

O qeyd edib ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Cavid Səfərli) hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2 (külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçamaqçılıq yolu ilə ölkə sərhəddindən keçirilməsi), 234.4.1 və 234.4.3-cü maddələrinə (külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə daşınması) əsasən ittiham olunan hüquqlarımı müdafiə etdiyi Süleyman Əliyoldaşov barəsində bəraət hökmü çıxarılıb.

 

"Əsassız ittihamla 1 il 5 aydır həbsdə saxlanılan kasıb taksi sürücüsünün azadlığa buraxılmasının yaratdığı sevinc hissini yaşayırıq. Məhkəmələr tərəfindən belə ədalətli mövqe sərgilənməsi, bəraət hökmlərinin çıxarılması hər kəsin dövlətimizə olan inamının daha da artmasına zəmin yaradır", - vəkil vurğulayıb.

Tarix: 19 Oktyabr 2023, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin