BURADA REKLAMINIZ OLA
BİLƏR

İcma Avstriya parlamentinin Fransanın başlatdığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyir

Qərbi Azərbaycan İcması Avstriya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun başda Fransa olmaqla bəzi ölkələrin başlatdığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyir.

 

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.

 

Qarabağda kilsələrin qorunmasının vacibliyini vurğulayan Avstiya parlamentinin məsələlərə dini prizmadan yanaşması, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına toxunmaması utancverici, irqçi və islamofob yanaşmadır. Avstriya parlamenti öz işi ilə məşğul olmalı, Azərbaycanın suveren ərazilərinə beynəlxalq təşkilatların girişi kimi düşük çağırışlarla ölkəmizin daxili işlərinə müdaxiləyə son qoymalıdır.

Tarix: 20 Oktyabr 2023, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin