BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Zeynalova Qadınların Qurultayında kişilərin ön sırada əyləşməsinin tənqid edilməsinə münasibət bildirdi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova iştirak etdiyi Azərbaycan Qadınlarının VI Qurultayında kişilərin ön sırada əyləşməsinin tənqid olunmasına münasibət bildirib. 

 

M.Zeynalova Pravda.az-a açıqlamasında deyib ki, Qurultayda kişilərin iştirakı yaxşı haldır. 

 

O, qadın qurultayında kişilərin iştirakını müsbət qiymətləndirir: “Məsələyə müxtəlif bucaqdan baxmaq olar. Mənim üçün daha önəmli Qurultayın qəbul etdiyi qərarlar, bu qərarların icrasında qadınlarla kişilərin bərabər iştirakıdır. Qadını cəmiyyətdə əsas varlıq saymadıqlarını deyənlər, ola bilər, sarkazmla deyiblər. Ya da kiminsə birmənalı şəkildə qadını qəbul etmək yanaşması fərqlidir. Qadınlar qadın olduqlarını və cəmiyyətə lazım olduqlarını göstərə bilən fəaliyyətlərini qabartmalıdırlar. Buna qalsa, mən mətbuatda qadına qarşı şiddət təşviqini çox görürəm. Bunu hətta genderə həssas yanaşanlar da yazırlar. Bəzən fikirləşmirlər, başlığa çıxarırlar. Fərqli görünməyə, fərqli fikir irəli sürməyə görə kimisə tənqid edə bilmərəm. Bu, onun fikridir və onun fikrini dəyişməsi üçün qadınların Qurultayını, bu Qurultaydan irəli gələn qərarların icrasında ardıcıllığı təmin etmək lazımdır. Təbii ki, hazırda çox qadına münasibətdə ayrı-seçkilik yaranma halları artıb. Bu, məni çox narahat edir. Qadını ikinci-üçüncü dərəcəli görmək, yaxud qadına ana kimi fokuslanıb onun potensialını görməmək, kənara itələmək, qadına ancaq ev və əmlak kimi baxmaq halları get-gedə artır. Bu məsələlərə diqqəti artırmaq lazımdır. Kim nə dedi-demədi, məsələ burasındadır ki, ümumilikdə belə tendensiya gedir. Sanki əvvələ qayıdırıq, yenidən qadın hüquqlarına qayıdacağıq. Bir çoxları deyirlər ki, məsələyə ayrıca qadın hüquqları yox, insan haqları kontekstindən baxmaq lazımdır. Onlar da fikirlərini belə əsaslandırırlar ki, əgər qadın da, kişi də insandırsa, gəlin insan haqlarından danışaq. Nəzərə alsaq ki, kişilər üçün yaranan imkanlar bərabər olaraq qadınlar üçün də yaradılır, bu halda qadın hüquqlarından danışmaq lazımdır. Hər kəsə bərabər imkanlar yaradılsa... Bu isə deyure var, amma defakto görürsünüz? Mətbuata nəzər salsaq, görərik. Metropolitendə çalışan qadın işdən çıxarılanda bir məlumat da yayıldı ki, BMT-də qadın hərbçimiz mükafatlandırıldı. Siz həmin qadın hərbçimizin mükafatlandırılması barədə məlumatın geniş yayıldığını gördünüz? Yox. Amma qadının işdən çıxarılması məsələsi bütün saytlarda verildi. Önəmi nə idi, mən bunu başa düşmədim. Qadının bacarıqlarının olmaması, yarıtmazlığı, idarəetmədə ola bilməməsi kimi alt fikirlər var...” 

 

Aytəkin Qardaşova 

Tarix: 20 Oktyabr 2023, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin