Reklam

Tahir Kərimli: “Gedirüy”, “Gəlürüy” deyirəm, indi məni cəzalandırmaq lazımdır?”

“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə münasibət bildirmək istərdim. Elə sözlər var ki, əhalinin mütləq əksəriyyəti işlədir. Ya şivə sayırlar, ya dialekt sayırlar. Bundan ötrü cəza vermək lazımdır? Məsələn, mən Şirvan zonasındanam. Keçmiş Şirvanşahların ərazisi olan Quba zonası da, Şirvan zonası da, Muğan-Mil zonası da, Cənubi Azərbaycanda qalan əhalimizin 60-70% faizi işlədir. Məsələn: gedirüy, gəlürük. İndi məni cəzalandırmaq lazımdır? Başa düşə bilmirəm. Bir az aşağılandıq biz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

“Mən Dilçi deyiləm. İstərdim dilçilər çıxış etsin. Dəmirçizadə, Şiraliyev və s. başqa Azərbaycan dilinin qrammatikasını yazanlar yazanda hansı dialekti əsas götürüblər? Əgər tarixi baxımdan yanaşsaq Seyid Yəhya Bakuvinin XV əsrdə çox qəliz də olsa Azərbaycan türkcəsi ilə yazısı var. Və yaxud Şirvanşah Fərrux Yasarın Səlyan bəylərbəyinin təyin edilməsi ilə bağlı fərmanı var. Abbasqulu Bakıxanov da, Kazım bəy, baxmayaraq ki, xristian dinini qəbul eləmişdir, Azərbaycan dilinin qrammatikasının səhv-nəhvini yazırdılar. Sonralar da buna cəhdlər oldu. Ədəbi dilin normaları təyin olunub. Mən dərinə getmək istəmirəm. Ona görə də xahiş edirəm ki, elə çıxışlar olunsun ki, başqa zonada yaşayan insanlarımız, anamızın ana laylası kimi bizə öyrətdiyi doğma dilimiz təhqir olunmasın” – T.Kərimli qeyd edib.

Tarix: 5 May 2020, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin