BURADA REKLAMINIZ OLA
BİLƏR

Şantaj etdiyinə görə həbs edilən sayt rəhbərindən xəbər var

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 23-nə təyin edilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. 

 

İttihama görə, N.Baxşəliyev rəhbəri olduğu "amia.az" saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə  pul tələb etməkdə təqsirlıəndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb.  Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub. 

 

Kamal Məmmədov

 

Tarix: 23 Oktyabr 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin