BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Qarabağdakı qanunsuz birləşmələrdə xidmət etmiş şəxslər Ermənistan SQ xidmətini davam etdirə bilər

Qarabağdakı qanunsuz silahlı dəstələrdə xidmət etmiş şəxslərin xidmətinin Ermənistan Silahlı Qüvvələri sıralarında davam etdirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr gedir.

 

Bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan brifinqdə bildirib.

 

Qeyd edək ki, Azərbaycan ordusunun ötən ay Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra regionu tərk edən separatçı rejimə məxsus hərbi dəstələr Ermənistana gedib.

 

Ermənistan Müdafiə Nazirliyi sentyabrın sonunda bəyan etmişdi ki, Qarabağdakı rejim ləğv ediləndən sonra oradakı silahlı dəstələrdə xidmət etmiş şəxslər Ermənistan ordusunun sıralarında xidmətini davam etdirə bilərlər.

 

Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycan-Ermənistan şərti sərhədində nisbi sakitlik hökm sürür./APA

Tarix: 23 Oktyabr 2023, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin