"Konstitusiyamızın 9-cu maddəsi ilə biz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edirik. Lakin ölkəmiz öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi də ilk növbədə öz təhlükəsizlik və müdafiəmizi daha yaxşı təmin etməyə xidmət edir".
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputatın sözlərinə görə, bölgədə artan təhdidlər, dərinləşən qütbləşmə fonunda müdafiə və təhlükəsizliyin daha etibarlı formada təmini beynəlxalq hüququn hər bir subyektinin prioritetidir: "BMT özü bu istiqamətdə dövlətlərin əməkdaşlığını zəruri hesab edir. Təşkilatın Nizamnaməsinin 51-ci maddəsi bizim təhdidlər qarşısında kollektiv özünümüdafiə hüququmuzu tanıyır. Bu mənada, Türkiyə və Azərbaycanın prosesdə vahid platformadan çıxış etməsi geosiyasi zərurət olmaqla bərabər, həm də əslində beynəlxalq hüququn təsbit etdiyi imkandır. Üstəlik, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsi ilə həm də bir ordu və bir yumruq prinsipi ilə davranmaq imkanını leqallaşdırıb. Bakı və Ankara məhz bu kimi təlimlərdə qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə nail olmaqla vahid ordu kimi çıxış etmək əzmi ortaya qoyur. Üstəlik, bu təlimlər, lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın özünün bütün ərazilərində konstitusiya quruluşunu bərpa etməsinin ardınca çox geniş bir arealda keçirilməklə Azərbaycanın yaratdığı reallığı kimsənin dəyişə bilməyəcəyi mesajını ehtiva edir. Təbii ki, birgə təlimlər heç bir beynəlxalq subyektə qarşı yönəlməyib. Lakin, eyni zamanda Azərbaycan və Türkiyənin milli maraqlarını hədəfə almaq niyyətinə düşən, bütövlükdə regionda sülh və sabitliyə təhdid yaratmağı planlayan istənilən güc mərkəzi, yaxud subyekt anlamalıdır ki, bu gün təlimlərdə birləşən yumruğumuz istənilən zaman real zəmində işə düşə bilər. Biz sülh və sabitlik arzu edirik, lakin bu, milli maraqlarımızı hədəfə alan istənilən təhdidə də münasibətdə səbirli davranacağımız anlamına gəlmir. Azərbaycan son 3 ildə əldə etdiyi Zəfərin nəticələri ilə bölgənin yeganə qalib dövlətidir. Bu mənada, biz qalib kimi davranılmağı haqq edirik və bu reallığı başa düşmək istəməyən istənilən tərəfə situasiyanı anladığı dildə başa sala bilərik".
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin