BURADA REKLAMINIZ OLA
BİLƏR

"Caspian services group" da cərimələnə bilər

"Caspian services group" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 411-2-ci (Fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 24 Oktyabr 2023, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin