BURADA REKLAMINIZ OLA
BİLƏR

"AGBank"ın rəhbərinin sabiq müşavirinə qarşı dələduzluq edən şəxslərdən xəbər var

Ləğv prosesində olan "AGBank" ASC-nin rəhbərinin sabiq müşaviri Çingiz Mənsimova qarşı 700 min manatlıq dələduzluq etməkdə ittiham olunan sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.   

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.


 
Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 26-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Fətəliyev 11 və İlham Qasımov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.


İ.Qasımov məhkəmə zalında həbs olunub.


Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən qaldırılmış 700 minlik mülki iddia baxılmamış saxlanılıb.

 

Qeyd: Ş.Fətəliyev "AGBank" ASC-nin rəhbərinin sabiq müşaviri Ç.Mənsimovun 20 il sürücüsü işləyib. Keçmiş bank müşaviri müalicə məqsədilə mütəmadi olaraq xaricə gedib-gəldiyi üçün hüquqi məsələlərlə bağlı Ş.Fətəliyevə etibarnamə verib.

 

Sonradan Ş.Fətəliyev etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsin mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.

 

O, qanunsuz yolla ələ keçirdiyi mənzillərdən birini tanışı İ.Qasımov adına rəsmiləşdirilib.

 

Cinayət əməlinə görə Ş.Fətəliyev və İ.Qasımov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Məhkəmənin qərarı ilə Ş.Fətəliyev barəsində həbs qətimkan, İ.Qasımov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 24 Oktyabr 2023, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin