BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəngərli Rayon Rabitə İdarəsini cərimə gözləyir

Kəngərli Rayon Rabitə İdarəsinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi idarə barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hakimi Zülfüqar Əhmədovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 24 Oktyabr 2023, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin