BURADA REKLAMINIZ OLA
BİLƏR

Putinin oxşarı var? - Kremldən açıqlama

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib edib.

 

Peskov bu cür bəyanatların Kremldə ancaq gülüşə səbəb olduğunu söyləyib.

 

"Xeyr. Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lər tərəfindən inadla müzakirə olunan absurd informasiya şayiələri kateqoriyasına aiddir. Əlbəttə ki, bu, təbəssümdən başqa heç nəyə səbəb olmur", - deyə Kremlin sözçüsü vurğulayıb./APA

Tarix: 24 Oktyabr 2023, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin