BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” ASC-nin əməkdaşı həyat yoldaşını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cəfər Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. 

 

İttihama görə, hadisə 30 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayon ərazisində qeydə alınıb.

 

Belə ki, Cəfər Hacıyev ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən onun telefonuna digər qadından mesaj gəlib. Bu zaman onun həyat yoldaşı, zərərçəkmiş Cəmilə Hacıyeva ərinin digər qadınla münasibət saxlamaqda günahlandırıb və onların arasında mübahisə yaranıb. Bu zaman Cəfər arvadının üzərinə hücum edərək, əvvəlcə qəsdən yumruqla onun sifət, baş nahiyələrinə zərbələr vurub, sonra yerə yıxaraq ayaq, bədən nahiyələrindən təpiklərlə zərbələr endirib. 

 

Hadisədən sonra Cəfər Hacıyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Məhkəmə hazırlıq iclasında Cəfər Hacıyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, “Azərişıq” ASC-də elektrik vəzifəsində işləyir. Təqsirləndirilən şəxsin sözlərinə görə, həyat yoldaşı Cəmilə Hacıyeva tanıdığı bir qadının onun mobil telefonuna mesaj yazdığını görüb. Mübahisə də elə bu mesajdan sonra yaranıb. O, arvadını döydüyünü etiraf edib, sonradan Cəmilənin onunla barışdığını, əməlindən peşmançılıq çəkdiyini söylərək, işin xitam olunmasını istəyib.

 

Kamal Məmmədov

Tarix: 25 Oktyabr 2023, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin