BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 5 milyon manatı mənimsəyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda 5 milyon manatdan çox pulu mənimsəmədə təqsirləndirilən Orxan Ağayevin barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə baş tutan prosesdə bildirilib ki, şikayət verən tərəf ərizə ilə Ali Məhkəməsinə müraciət edərək  kassasiya şikayətini geri götürdüyünü deyiblər.

 

Qərara əsasən, kassasiya şikayəti geri qaytarılıb.

 

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.


 
Qeyd: O.Ağayev bir neçə şəxsə iş qurmaq adı ilə yüksək qazanc vəd edib.


 
Belə ki, o, özünü zərərçəkmişlərə turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik olan şəxs kimi tanıdıb.


 
İttihama əsasən, O.Ağayev vətəndaşların 5 156 419 manat pulunu mənimsəyib. Onun ziyan vurduğu şəxslər sırasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də var.


 
O, vətəndaşların şikayətləri əsasında Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.


 
O.Ağayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham irəli sürülüb.


 
İstintaq zamanı məlum olub ki, O.Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra bir neçə bankda işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 25 Oktyabr 2023, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin