“Fransa dövləti uzun illərdir, Azərbaycana qarşı fitnəkarlıq mövqeyindədir. Bu hallar gündən-günə genişlənməkdə, güclənməkdədir. Ölkənin Prezidenti Emmanuel Makron başda olmaqla, Fransa parlamentinin əksər deputatları, siyasi dairələri, merləri açıq-aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdür və bunu demokratiya, humanizm pərdəsi ilə ört-basdır etməyə çalışırlar. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyondan çox insanın bəlalarına səbəb olan, şəhər və kəndlərimizi xarababazarlığa çevirən təcavüzkar, erməniləri, Ermənistanın hakim dairələrini yazıq, əzilən, ac-yalavac, hüquqları pozulan millət kimi dünyaya təqdim etmək, onların tərəfində durmaq Fransanın dövlət siyasətinə, ən ali məqsədinə çevrilib. Bu gün ermənilərin taleyinə daha çox Makron və onun tərəfdarları ağlayırlar. Fransa Prezidentinin, bu ölkənin xarici işlər nazirinin, bir çox merlərin müsahibələri, Azərbaycanın suverenliyinə, dövlət quruluşuna, müstəqilliyinə zidd olan fikirləri heç bir beynəlxalq normaya sığışmır. Bu, əslində demokratiya, humanizm deyil, təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, müharibəni alovlandırmaq, Cənubi Qafqazda təhlükəsizliyi sarsıtmaqdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
“Paris meri Ann İdalqonun müşayəti ilə Fransada yaşayan ermənilərin Qarabağa göndərmək istədikləri 10 maşından ibarət “humanitar yük” karvanının Laçın yolu ilə Xankəndiyə gətirilməsi cəhdi Fransanın ölkəmizə qarşı yönəldilmiş fitnəkarlığının, düşmənçiliyinin bariz nümunəsidir. Bu yüklərin gətirilməsini, haradan keçməsini əvvəlcədən Azərbaycanla razılaşdırmadan, viza rejiminə əməl etmədən, özü də Paris, Marsel və Strazburq merlərinin müşayəti ilə sərhəddən keçmək cəhdi hegemonluğun ifadəsi olmaqla dövlətimizin suverenliyinə təcavüzdür. Beynəlxalq hüquqdan anlayışı olanların, Azərbaycanın ərazi bütövlüyünü tanıyanların bu hərəkətləri heç bir normaya, demokratik dəyərlərə uyğun gəlmir və bilavasitə Azərbaycana təzyiq etmək, güc göstərmək yoludur. Qarabağda yaşayan ermənilərin blokadada olması, aclıq keçirməsi, çörəyə, suya möhtac qalması barədə söylənilənlər əfsanədir. Bunu BMT Təhlükəsizlik Şurasının iclası, Beynəlxalq Ədalət Məhkəməsi bir daha təsdiq etdi. Digər tərəfdən Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və acdılarsa, onlara yardım göstərmək, kömək əli uzatmaq Azərbaycanın haqqı və borcudur. Onlar əgər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölgəyə göndərdiyi yardımdan, Azərbaycan vətəndaşlığından və qanunlarından imtina edirlərsə, onda ölkəmizin ərazisini tərk edib Fransaya köçə, bu dövlətin yardımını da qəbul edə bilərlər. Əks təqdirdə, Azərbaycanın razılığı və icazəsi olmadan heç bir dövlət Qarabağ ermənilərinə kömək və yardım edə bilməz”.
Deputat deyib ki, Makron və tərəfdarları yaxşı bilirlər, Fransanın özünün üzv olduğu BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı olduğunu qəbul olunmuş dörd qətnaməsi ilə qismən təsdiq edib:
“Azərbaycanın öz torpaqlarını düşməndən azad etməsi və Laçın sərhəd buraxılış məntəqəsini yaratması onun beynəlxalq normalara əsaslanan haqqıdır. Çünki Laçın yolu ilə uzun illər separatçılara silah-sursat daşınmış, bu yoldan diversiya qrupları keçmiş, ərazilərimiz minalanmışdır. Makron yaxşı anlayır ki, Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə və havadarlarına cavab verməyə qadirdir, Azərbaycan onun təsir göstərə biləcəyi dövlət deyil. Belə olan halda, Fransa humanitar yardım məsələsini ortaya atmaqla, yeni bir oyun oynayır, Ağdam-Xankəndi yolunu seçməməklə, Laçın yoluna üstünlük verməklə təcavüzkarları qızışdırmağa, Cənubi Qafqazda söz sahibi olmasını, Ermənistanın yanında olduğunu sübut etməyə çalışır. Ancaq bütün bunlar əhəmiyyətsiz gedişlər, beynəlxalq aləmi çaşdırmaq üçün vasitədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, heç bir təzyiq, təsir bizi tutduğumuz haqq yolumuzdan döndərə bilməz və döndərməyəcək. Ermənistandan çox fransızlar, Makron bunu daha yaxşı dərk edir. Ancaq nəslinin kökündə və öz qanında təcavüzkarlıq, zülm, ədalətsizlik olduğu üçün təcavüzkarların yanındadır, işğalçını, zalımı dəstəkləməkdədir. Gen yaddaşı möhkəm olan fransızlardan demokratiya, haqq-ədalət gözləmək əbəsdir. Biz bundan sonra da Makronun və tərəfdarlarının çirkin əməllərinin şahidi olacağıq, ancaq Azərbaycan bütün cəhdlərin qarşısını alacaq”.
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin