BURADA REKLAMINIZ OLA
BİLƏR

"Medicare klinikası"nın bu şirkətə qarşı məhkəməsi başladı

Bakı Kommersiya Məhkəməsində "Medicare klinikası" MMC-nin "Procon" MMC-yə qarşı iddiası üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.

 

Qeyd: "Medicare klinikası" MMC "Procon" MMC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 26 Oktyabr 2023, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin