BURADA REKLAMINIZ OLA
BİLƏR

Asəf Hacıyev vəzifəsindən azad olundu - ƏMR

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev vəzifəsindən azad olunub.

 

Pravda.az-ın xəbərinə görə, Aparat rəhbəri vəzifəsi MTRŞ sədrinin köməkçisi Fazil Novruzova tapşırılıb.

 

Qeyd edək ki, A.Hacıyev 2019-cu ilin yanvar ayından MTRŞ-nin Aparat rəhbəri vəzifəsində çalışırdı.

 

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 4-də imzaladığısərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə MTRŞ-nin üzvü təyin edilib. Aprelin 6-da MTRŞ-nin keçirilən iclasında Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.unikal

Tarix: 6 May 2020, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin