BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden Suriyaya zərbələr endirməyi əmr edir

ABŞ Prezidenti Co Bayden hərbi qüvvələrinə qarşı silsilə hücumlara cavab olaraq Suriyada İran hədəflərinin olduğu iddia edilən nöqtələrə zərbələr endirib.

 

Bu barədə Pentaqonun saytında məlumat verilib.

 

Rəsmi Vaşinqton vurulan iki obyektin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğunu bildirib.

 

Pentaqon rəhbəri Lloyd Ostinin sözlərinə görə, zərbələr Fələstin-İsrail münaqişəsi ilə bağlı deyil.

 

Əməliyyat özünümüdafiə məqsədi ilə həyata keçirilib və onlara cavab olub.

 

17 oktyabrdan Suriya və İraqda ABŞ hərbçilərinə qarşı silsilə hücumlar təşkil olunur.

 

Pentaqon hesab edir ki, İranın dəstəklədiyi təşkilatlar bu hücumlara görə məsuliyyət daşıyır./APA

Tarix: 27 Oktyabr 2023, 07:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin