BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ HHQ İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirdi

Bir neçə dəqiqə öncə ABŞ-nin döyüş təyyarələri İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib.

 

Bu barədə “Fox News” məlumat yayıb.

 

“Bölgədəki ABŞ qoşunlarına hücumlara cavab olaraq F-16 və F-15-lər Suriyadakı hədəfləri vurmaq üçün istifadə edilib”, – telekanal diqqətə çatdırıb.

 

Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti də məsələ ilə bağlı açıqlama yayıb:

 

“Bu gün (ABŞ vaxtı ilə oktyabrın 26-da) Prezident Baydenin əmrinə əsasən, ABŞ hərbi qüvvələri Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə legitim özünümüdafiə hücumu həyata keçirib”./Report

Tarix: 27 Oktyabr 2023, 07:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin