BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bibisi oğlunu kürəyindən bıçaqlayan şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Yalçın Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

 

Qeyd: 1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu Suraxanı rayonun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlu ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla sonuncuya qarın və kürək nahiyyəsindən bıçaqlayıb.

 

Yalçın Həsənovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

 

Kamal Məmmədov

 

Tarix: 27 Oktyabr 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin