BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi övladını və bacısı oğlunu döydüyünə görə kəllə ilə qonşusunun burnunu sındırdı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tağı Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


 
Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdrılması (elektron qolbaq) növündə cəza təyin edilib.

 

İttihama görə, hadisə 25 iyun 2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Tağı Əkbərov fərdi yaşayış evinin qarşısında qonşusu, zərərçəkmiş Sərxan Qarayevlə (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə Sərxanın təqsirləndirilən şəxsin azyaşlı övladı və bacısı oğlunun döyməsi səbəbi olub. Bu zaman o, zərərçəkmişin üzərinə hücum edib, onun sifət nahiyəsindən başı ilə bir dəfə qəsdən kəllə zərbəsi endirib. Nəticədə Sərxanın burunu sınıb.

 

Daha sonra Tağı Əkbərov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 27 Oktyabr 2023, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin