BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışı döyərək maşından yerə yıxan şəxs azadlığa buraxıldı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Xəyal Cəbrayılovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və Xəyal Cəbrayılov dərhal məhkəmə zalında həbsdən azad olunub.

 

İttihama görə, hadisə 08 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Xəyal Cəbrayılov tanışı Qalib Kələntərovun (şərti) idarə etdiyi “Qazel” markalı yük avtomobilində olarkən salondakı digər tanışı, zərərçəkmiş Fəxrəddin Əlizadə (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə təqsirləndirilən şəxsin yığdıqları dəmir tullantılarının hesabını apardıqları kitabçanı çırması olub. Buna görə Fəxrəddin Xəyala irad bildirib. Bu zaman o, yumruqla zərərçəkmişin sifət nahiyəsindən zərbə endirib və sonra avtomobilin qapısını açaraq təpiklə onu vurub. Daha sonra Xəyal onu avtomobildən yerə yıxıb və zərərçəkmişin ayağı maşının arxa sağ təkərinin altında qalaraq xəsarət zədələnib. Hadisədən sonra Xəyal Cəbrayılov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 27 Oktyabr 2023, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin