BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyan “Artsax”ı tabutsuz dəfn etdi” - Ac ermənilər onu narahat etmir

Paşinyan baş ağrısından qurtulmağa çalışır. Hökumətin dünənki iclasında “Artsax”dan “məcburi köçkün” düşmüş soydaşlarımıza qaçqın statusu verilib. Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

 

Erməni nəşri yazır ki, Qarabağ erməniləri belə bir qərarı səbirsizliklə gözləyirdilər: 

 

“Çünki onların Ermənistan hakimiyyətinə heç bir ümidləri yoxdur. Və bu status onlara istənilən ölkədən siyasi sığınacaq üçün müraciət etmək imkanı verəcək. Lakin digərləri - “Artsax”ın gələcəyinə ümidini itirməyənlər isə bu açıqlamadan sonra ümidsizliyə qapıldılar. Onlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə “Artsax”ın statusu və köçkünlərin öz vətənlərinə qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil. O, artıq "Artsax"ı tabutsuz dəfn edib. Ac ermənilər onu narahat etmir”. 

 

Qəzet iddia edir ki, əvəzində Baş nazir baş ağrısından qurtulmağa çalışır:

 

“O, Qarabağdan gələnlərə belə bir status verməklə yaxın gələcəkdə Ermənistanın “Artsax xalqı”ndan azad ediləcəyinə ümid edir. Paşinyana görə, “Artsax” erməniləri yoxdursa, problem də yoxdur”. 

 

KİV iddia edib ki, Paşinyan Qarabağ ermənilərindən qurtulmaq üçün ən müxtəlif vasitələrə əl atır. "Artsax"ın "rəsmi" şəxslərinin  və "deputat"larının maaşlarının verilməməsi, sosial müavinətlərin və s. gecikdirilməsi bu siyasətə xidmət edir. Paşinyan ciddi-cəhdlə "Artsax"dan qurtulmağa çalışır. İstəyir ki, Qarabağ erməniləri üçüncü ölkəyə köçsünlər və İrəvan rahat nəfəs alsın. 

Tarix: 27 Oktyabr 2023, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin