BURADA REKLAMINIZ OLA
BİLƏR

Mahaçqala hava limanına xüsusi təyinatlılar cəlb edilib, nazirlər izdihamın yaşandığı yerə gəliblər - YENİLƏNDİ

Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.

 

Bununla yanaşı, Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları hava limanına daxil olub. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.

 

Report

 

***

22:40

 

Dağıstanda bir qrup insan Mahaçqala hava limanında izdiham yaradıb.

 

Bu barədə Rusiya mediası məlumat yayıb.

 

Onlar toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər.

 

Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.

 

İzdihaç hava limanına girişi bağlayıblar.

 

Onlar "Allahu əkbər" qışqıraraq əllərində Fələstin bayrağı tutublar./APA

 

Tarix: 29 Oktyabr 2023, 22:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin