Avtomobil hərəkətdə olmadığı halda mühərriki işlək vəziyyətdə saxlayan sürücülərin cərimələnməsi təklif edilir. Bildirilir ki, tez-tez yol kənarında belə hallara rast gəlinir, bu isə ekologiyaya ciddi ziyan vurur. Qeyd olunur ki, belə halların qarşısını almaq üçün Avropada tətbiq edilən cərimə metodu Azərbaycanda da həyata keçirilməlidir.
Milli Məclisin deputatı Naqif Həmzəyev Pravda.az-a açıqlamasında təklifi belə dəyərləndirib:
“Çox təəssüf ki, Azərbaycanda istifadə olunan avtomobillərin böyük əksəriyyətinin istismar müddəti başa çatıb. Bu avtomobillərin yenilənməsi üçün müvafiq qayda və qanunlar formalaşıb. Ancaq köhnə avtomobillərin utilizasiyası hələ də tam həyata keçirilmir. Görürük ki, bu işin icrası ilə bağlı müəyyən problemlər var. Hələ də vətəndaşlar arasında utilizasiya məsələsi qəbul edilmir. Bu proses işlək vəziyyətə gələnə qədər bacardığımız qədər çalışmalıyıq ki, ən azından köhnə avtomobillərin havaya buraxdıqları zəhərli qazların miqdarını aşağı sala bilək, avtomobillərimiz nasaz olmasın, lazım olmadığı təqdirdə avtomobillərin mühərrikini işlək vəziyyətdə saxlamayaq. Havada onsuz da müəyyən problemlər var və bu da nəticə etibarilə səhhətimizə, ekologiyamıza çox böyük ziyan vurur”.
Deputat düşünür ki, bu hallarla bağlı sərt cərimələrin tətbiqi, sərt qaydaların həyata keçirilməsi ilkin anda vətəndaşları qorxudar, onlar mühərriki işlək vəziyyətdə qoymazlar: “Lakin bacardığımız qədər çalışmalıyıq ki, daha çox maariflənməyə üstünlük verək. Yalnız cərimələri müəyyənləşdirib “bunu etmək qadağandır” deməklə vətəndaşları məcbur etməkdənsə, düşünürəm ki, maarifləndirmə işlərini artırsaq, vətəndaşlar özləri könüllü olaraq havanın çirkəndirilməsinin, ekologiyaya ziyan vurulmasının qarşısını almaqda maraqlı olarlar. Bu, daha yaxşıdır. İctimai qınaq məsələsinə də mütləq üstünlük verməliyik ki, vətəndaşlar özləri bu prosesləri tənzimləsinlər, nəzarət etsinlər. Düzdür, Avropa ölkələrində artıq avtomobil hərəkətdə olmadığı zaman mühərrikin işlədilməsinə görə müəyyən cərimələr tətbiq edilir. Biz isə digər dövlətlərdə olan qaydaları, cərimələri kopyalayıb öz cəmiyyətimizə tətbiq etməməliyik. Əgər imkan, şərait varsa, çalışmalıyıq ki, ilk növbədə maarifləndirmə işlərini aparaq. Hazırda Azərbaycana elektrikli avtomobillərin gətirilməsi ilə bağlı gömrük rüsümları ləğv edilib. Artıq elektrikli avtomobillərə çox böyük maraq var. Zamanla hibrid, yaxud elektrikli avtomobillərindən istifadə edənlərin sayının artmasına da şahidlik edəcəyik. Nəticədə mərhələli şəkildə zəhərli qazların havaya buraxılmasının miqdarı azalacaq”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin