Hər birimiz yaşamımızın böyük qismini keçirdiyimiz evlərimizin gözəl dizaynda və xoş görünüşlü olmasını istəyirik. Dizaynerlər zövqümüzə xitab edən dizayn növünə üstünlük verməyimizi məsləhət görürlər. Son dönəmlər xüsusən gənc ailələr mənzillərində minimalist olmağı daha üstün tuturlar. Belə insanlar üçün əhəmiyyətli olan dəbdəbəli ev deyil, rahatlıq, keyfiyyət və zövqlü detalları bir araya gətirməkdir. Bəs bütün bu elementləri özündə birləşdirən optimal ev dizaynını necə etmək olar?
"AHR design studio"nun rəhbəri, memar-dizayner Aysel Hüseynova Pravda.az-a açıqlamasında ev dizaynı ilə bağlı vacib detalları bölüşüb.
Memar bildirib ki, ev dizaynı zamanı ilk növbədə erqonomikaya diqqət etmək lazımdır: “Yəni ən birinci otaqların düzgün bölünməsindən başlamalıyıq. Otağı bir neçə yerə bölmək olar, amma bir çox hallarda otağı kvadratla böləndə mebellərin ölçüləri nəzərə alınmır. Sonradan mebellər otağın içinə yerləşmir, ya darısqallıq olur, ya da qapının qarşısına çıxır, keçid məsafəsi əmələ gəlmir. Bu baxımdan, otaqlar bölünəndə sırf erqonomik ölçülər bilinməlidir ki, düzgün planlama qurulsun. İkinci vacib məsələ şaxtaların yerinə görə interyerdə mebellərin qoyulmasıdır. Məsələn, şaxta haradadırsa, mətbəx mebeli o tərəfdə olmalıdır, qabyuyulan yer də ona yaxın olmalıdır. Həmçinin ev dizayn edilən zaman qaz plitəsi ilə qabyuyanın arasında 60 santimetr məsafə qoyulmalıdır. Qaz plitəsi daha çox pəncərəyə, qabyuyan isə daha çox şaxtaya yaxın olmalıdır. Siz soyuducunun yanında qaz plitəsi qoymusunuzsa, onda ən az 30 santimetr məsafə saxlamalısınız. Çünki bəzi evlərdə bunları bir-birinə yapışdırılmış formada yerləşdirirlər, bir müddət keçəndən sonra soyuducu xarab olur, digər problemlər yaşayırlar. Bu kimi halların olmaması üçün sadaladığımız məsələlərə diqqət etmək lazımdır. Dizayn məsələsində cəmiyyət iki qrupa bölünür - neo-klassika və modern minimalizm tərəfdarları. Burada da rəng çalarlarına diqqət edilir. Neo-klassika dəbdədir. Neo-klassikada çərçivələr olur. O qədər də hündür olmayan evlərdə bir hündür çərçivədən istifadə edirik. Ev hündürdürsə, əksinə, iki hissəyə bölünmüş çərçivələrə üstünlük veririk. Otaqlar balacadırsa, girişdə divara güzgü effekti edirik ki, otaq daha geniş görünsün. Hazırda ev dizaynında gizli, gözə görünməyən rəflərdən istifadə dəbdədir. Eyni zamanda mənzil sahibləri rahatlığa daha çox önəm verirlər. Əksər evlərə daxil olanda mebellərin içində həm dolab, həm oturum zonası, həm də güzgü var. Məsələn, 100 kvadratmetrlik ev böyük evdir, o qədər də balaca deyil. İnsanlar hətta 50-70 kvm-lik evi dizayn edirlər. Ev kiçik kvadratmetrə malik evdirsə, biz mətbəxlə zalı birləşdiririk. Bəzən qoxuya görə bu seçimi etmək istəmirlər, amma hazırda "Hebeşibe" (Hebe-schiebe) sistemdən, yəni sürmə qapılardan istifadə edirik. Biş-düş edəndə qapılar şüşəbənd kimi bağlanır, işi bitirib havalandırma edəndən sonra artıq qapılar açılır, otaq əvvəlki kimi geniş formada olur. “Bar stoykası” olanda mebellərin arasında 90 santimetr – 1 metr 20 santimetr məsafə götürülməlidir ki, insan rahat gedib gələ bilsin. Sanitar qovşaqların girişində unitaz qoymaq olmaz. Əl-üz yuyulan yer olmalıdır. Bu, həm də etik baxımdan da önəmlidir. Məsələn, necə ki yataq otağına girəndə birinci yataq dəstini görməməliyiksə, sanitar qovşağa girəndə də unitazı görməməliyik”.
Dizayner ev dizaynında rəng seçiminin də önəmindən danışıb: “Otaqların sahəsindən asılı olaraq rəng seçiminə diqqət edirik. Hazırda trenddə olan rənglər pastel tonlardır. Bu, yaşıl, göy də ola bilər, amma bu rənglərin pastel tonlarından istifadə edirik, çünki bu rənglər sakitləşdirici rənglərdir, həmçinin otaqları daha geniş göstərir. Ev dizaynı zamanı insan psixologiyası da əsas götürülür. Əgər insanın nevroloji problemləri varsa, çalışırıq ki, onun evini əlvan detallara dizayn edək. Ola bilər, əsəbi insandır, amma qırmızı rəngi sevir. Buna görə də biz detallarda qırmızı rəngi tətbiq edirik. Dominant olaraq kreslonu da həmin rəngdə edə bilərik. Amma əsas, dayanıqlı elementlərdə, divarda əlvan rənglərdən istifadə etmirik. Sakitləşdirici və qıcıq yaradan rənglər var. Bu da istifadədən asılıdır. Uşaq otaqları üçün daha çox pastel tonlardan istifadə edirik. Bəzi hallarda deyirlər ki, oğlan, ya qız uşağıdır, niyə çəhrayı, yaxud mavi rəngdən istifadə edirik. Halbuki bu, uşaq doğulan gündən onun orientasiyasının düzgün istiqaməntləndirilməsi üçün lazım olan psixoloji nüansdır. Uşaq vaxtı uşaqlara “sən oğlansan, göy geyinməlisən”, yaxud “qızsan, çəhrayı geyinməlisən” fikirləri yeridilməyəndə müəyyən müddət keçəndən sonra onlarda özünü tanıma problemi olur. Uşaqlarda 10 yaşa qədər qadın və kişi hormonu 50-50-yədir. 10 yaşdan sonra hormonların faizi çoxalır, yaxud azalır. Bununla da uşaqların özlərini tanıma dövrü başlayır. 10 yaşına qədər olan dövrdə uşaqlarda qadın, yaxud kişi hormonlarının inkişaf etməsində valideynlərin çox böyük önəmi var. Bu da, təbii ki, uşağın otağındakı detallardan, geyindiyi əşyalardan, seçdiyi elementlərdən başlayır. Ev dizayn edərkən bu cür psixoloji nüanslar nəzərə alınmalıdır”.
A.Hüseynova deyib ki, evdə isti döşəmədən istifadə edilirsə, lominatın düzgün seçilməsi vacibdir: “HCHO tərkibli laminatlar seçilməməlidir. Çünki bu material seçilsə, istilik veriləndə buxarlanma nəticəsində evdə yaranan hava insanlarda xərçəng xəstəliyinə belə aparır çıxara bilir. Buna görə də tərkibində HCHO olmayan laminatlardan istifadə etmək lazımdır. İsti döşəməni dayanıqlı mebellərin də altına etməməliyik. Çünki mebellərin tərkibində də HCHO var və mebelin altından istilik veriləndə buxarlanma zamanı problemlər meydana çıxır”.
O bildirib ki, ev dizaynında ən əsas detallardan biri işıqlandırmadır: “Mətbəxlərdə işıqlandırma iş zonamızdan heç bir halda 90 santimetr məsafədə olmamalıdır. Bir çox evlərdə bu cür edilir. Düz mərkəzdən spot qoyurlar, iş zonasına işıq düşmür. Belə halların olmaması üçün məsafəni yuxarı dolabdan 30-35 santimetr götürürük. Çünki mətbəxdə işıq arxadan qoyulanda kölgəmiz əlimizin üzərinə düşür və nəticədə iş zamanı əlimiz kəsilə bilər və s. Kölgə əmələ gəlməməsi üçün işıq insanın dayandığı yerdə başının üstündən bir az ön tərəfdə mebelə yaxın olmalıdır ki, iş zonamız işıqlansın”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin