BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacısını namus üstündə öldürən şəxs apellyasiya şikayəti verdi

Bərdədə bacısını qətlə yetirməkdə təqsirləndirilən Fəqan Cabbarovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 30-na təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan mərhum edilib.


Qeyd: Qətl hadisəsi 2021-ci il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib.


Belə ki, F.Cabbarov 27 yaşlı bacısı Nərminə Behbudovanı yaşadıqları kəndin ərazisindəki əkin sahəsində qətlə yetirib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin iddialara görə, hadisədən bir müddət əvvəl qonşu kənddə ərdə olan N.Behbudovanın ailəsində söz-söhbətlər yaranıb. Ailədaxili narazılıqlar səbəbindən qadın ər evini tərk edərək dayısıgilə gedib. Qardaşı F.Cabbarov bacısını dayısı evindən götürüb öz evlərinə gətirərkən əkin sahəsində taksidən düşürüb. N.Behbudova qaçmaq istədikdə Fəqan ona bıçaqla zərbələr endirib. İttiham aktına əsasən, F.Cabbarov bacısını namus üstündə öldürüb.

 

Kamal Məmmədov

Tarix: 30 Oktyabr 2023, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin