BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Məmmədli: "Bəzi xəbər saytlarında intihar xəbərləri elə detallı verilir ki..."

"Bəzi xəbər saytlarında intihar xəbərləri elə detallı verilir ki, adam intihar etmək istəyir. Media subyektləri buna diqqət etməlidirlər. İntihar xəbərlərini detallı təsvir etməyə ehtiyac yoxdur. İctimai əhəmiyyəti yoxdursa, həmin məlumatı vermək və bunun üzərindən spekulyasiya etmək düzgün deyil".

 

Pravda.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin  şöbə müdiri Natiq Məmmədli jurnalistlər üçün keçirilən "Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması" mövzusunda keçirilən təlimdə deyib.

 
"Ali məktəbə qəbul imtahanları zamanı bu cür xəbərlər olur. Sosial şəbəkə hesabımda vaxtilə bu barədə yazmışdım ki, bəzi ali təhsil müəssisələri heç sənin ananın göz yaşına dəyməz. Məsələnin sosial-psixoloji tərəflərini nəzərə almalıyıq", - N.Məmmədli deyib.

 

Aytəkin Qardaşova

Tarix: 30 Oktyabr 2023, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin