BURADA REKLAMINIZ OLA
BİLƏR

"Aran tikinti-quraşdırma" valyuta tənzimi qaydalarını pozdu

"Aran tikinti-quraşdırma" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın icraatındadır. Məhkəmə iclası noyabrın 14-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 31 Oktyabr 2023, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin