BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəza törədən sürücüyə elektron qolbaq taxıldı

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən R.Novruzovun barəsindəki hökmdən zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. İttihama görə, hadisə 05 sentyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, R.Novruzov idarə etdiyi maşınla Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Lider TV”nin qarşısından Tbilisi prospekti istiqamətində hərəkətdə olan zaman digər sürücünün idarə etdiyi “Haval H9” markalı avtomobilin hərəkət yoluna çıxıb. Bu zaman maşınlar toqquşub. Nəticədə “Haval H9” markalı avtomobildə sərnişin qismində olmuş zərərçəkmiş R.Əskərova bədən xəsarətləri almalarıb. Daha sonra R.Novruzov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 31 Oktyabr 2023, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin