Reklam

Vilyam Hacıyev məhkəməyə gətirildi

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

 

Pravda.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.

 

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

 

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Report

Tarix: 6 May 2020, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin