BURADA REKLAMINIZ OLA
BİLƏR

Netanyahu İsrail kəşfiyyatına bütün HƏMAS liderlərini öldürməyi tapşırdı

İsrailin Baş naziri Benyamin Netanyahu iki həftə əvvəl İsrail kəşfiyyat xidmətlərinə radikal HƏMAS təşkilatının bütün siyasi və hərbi liderlərini “ovlamağı və öldürməyi” əmr edib.

 

Bu barədə jurnalist, Pulitser mükafatı laureatı Seymur Herş öz bloqunda mənbələrə istinadən məlumat verib.

 

“Yaxşı məlumatlı bir israilli mənə dedi ki, iki həftə əvvəl Netanyahu İsrailin xarici kəşfiyyatına və ümumi təhlükəsizlik xidmətlərinə “Yaxın Şərqdə HƏMAS-ın bütün siyasi və hərbi liderlərini ovlamaq və öldürmək” göstərişini verib”, - Herş bildirib.

 

Jurnalistin danışdığı israilli mənbənin sözlərinə görə, İsrail “Həmasın siyasi və hərbi liderlərinin ailələrini, arvadlarını, uşaqlarını, qardaşlarını, bacılarını, valideynlərini amansızcasına təqib edir”.

 

APA

Tarix: 2 Noyabr 2023, 06:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin