BURADA REKLAMINIZ OLA
BİLƏR

Memar-dizayner: "Həmin dəqiqə "Bolt" proqramını sildim"

“Xanımlar, özünüzü qoruyun. Hamilə olduğum üçün yayda həyat yoldaşım icazə vermirdi ki, maşın sürüm. Həkimə getməli idim. “Bolt” mobil tətbiqini yüklədim, biznes taksi çağırdım. Biznesə aidiyyəti olmayan bir avtomobil gəldi. İnanırsınız, həkimə necə çatmışdımsa... Sürücü maşını elə sürürdü, sanki “Formula”ya hazırlaşır, indi təcrübə edir. Çox mədəniyyətsiz! Elə bil ki, kartof aparır, adam yox. Həmin dəqiqə “Bolt” proqramını sildim”. 

 

Pravda.az xəbər verir ki, tanınmış memar-dizayner Mədinə Zalova bildirib.

 

O, “Bolt”un kuryer xidmətindən də şikayət edib: “Qapıma “Bolt”la çatdırılma gəlmişdi. Kuryer darvazanın qarşısında məni yığıb deyir ki, xanım, gəlin götürün! Dedim ki, salam, kuryer xidməti qapıya kimi çatdırılmadır, sifarişi qapıya gətirin. Dedi ki, mən elə qulluq etmirəm, hambal deyiləm. Sadəcə, şok. Bu nə danışıqdır? Bu nə tərbiyəsizlikdir? Dedim ki, üzrlü sayın, bəlkə, sizi səhv qoyublar? Sanki kuryer söyüşdür. Oturub maşında, tərpənmir. Dedim ki, mühafizə xidməti qarşısınızdadır, ona versəniz olar? Dedi ki, mən tərpənməyəcəyəm, işim o deyil. Məni özümdən elə çıxartdı ki, bəlkə də, qışqırmağımı bütün bina eşitdi...”

 

Aytəkin Qardaşova

Tarix: 2 Noyabr 2023, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin