BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə telefonla uca səslə danışmağa görə qonşusunu döydü - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Bağır Bağırzadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla ona 1 il 3 ay müddətinə islah işləri cəzasının təyin edilib.

İttihama görə, Bağır Bağırzadə 24 aprel 2022-ci il tarixdə, saat 00:10 radələrində paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsində qonşuluqda yaşayan zərərçəkmiş Qədir Ərəbovun (şərti) onunla kobud danışaraq nə üçün küçədə uca səslə telefonla danışdığını bildirməsi səbəbindən aralarında mübahisə düşüb. Bu zamanı o, zərərçəkmişin qarın nahiyəsindən tutaraq divara çırpıb, əli ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə Bağır Bağırzadə Qədir Ərəbova sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirib.

Hadisədən sonra Bağır Bağırzadə saxlanılıb və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Tarix: 2 Noyabr 2023, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin