BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Sənayesi Nazirliyinin tərkibində olan şirkətə protokol tərtib edildi

“İqlim elmi-istehsalat müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: MMC Azərbaycan  Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

 

Xəyal Quliyev

Tarix: 3 Noyabr 2023, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin