BURADA REKLAMINIZ OLA
BİLƏR

BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslərlə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ceyhun Şirinov, Müslüm Fəziyev və onun qızı Tülpanə Müslümzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmim edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Fəziyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, T.Müslümzadə hazırda hamilədir. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmünü çıxarıb. C.Şirinova isə şərti cəza verilib. İttihama görə, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham edilib. Onlar Bank Olmayan Kredit Təşkilatı (BOKT) "FinEx Kredit"in pulunu mənimsəyib.

 

Xatırlatma: M.Fəziyev daha əvvəl BOKT-un İdarə Heyətinin üzvü olub. O, 2021-ci ildə həmin vəzifədən azad edilib. Digər şəxslər də həmin təşkilatın əməkdaşları olub.

 

Kamal Məmmədov

Tarix: 3 Noyabr 2023, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin