BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobus körpüdən çaya düşdü, 15 nəfər öldü

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

 

"RİA Novosti" agentliyi xəbər verir ki, avtobusda 43 sərnişin olub.

 

Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub. Nəticədə avtobus körpüdən çaya düşüb.APA

 

Tarix: 1 Dekabr 2019, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin