BURADA REKLAMINIZ OLA
BİLƏR

Sergey Lavrov: “Yaxın Şərqdə atəşkəs üçün təcili tədbirlər görmək lazımdır”

“Yaxın Şərqdə atəşkəsin təmin olunması üçün təcili tədbirlər görmək lazımdır”.

 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, İsraillə Fələstin arasında danışıqlara qayıtmaq lazımdır: “Atəşkəsdən sonra danışıqların bərpasına ehtiyac var”.

 

Xatırladaq ki, daha əvvəl rəsmi Tehran və rəsmi Ankara da İsraillə HƏMAS arasındakı müharibənin genişlənə biləcəyi barədə xəbərdarlıq etmişdilər.

 

Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib./Report

Tarix: 3 Noyabr 2023, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin