BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bədbəxtlər, Allahın yazıq bəndəcikləri..." - Nadir Qafarzadə insanları təhqir etdi - VİDEO

Qalmaqallı sözləri və yaxın günlərdə də karantin rejimini pozaraq qonaq-qaralı evlilik il dönümü qeyd etməsi ilə gündəmə gələn müğənni Nadir Qafarzadə bu dəfə də izləyicilərini təhqir edib.

 

Pravda.az-ın xəbərinə görə, müğənni instaqram hesabında izləyicilərinə kobud sözlər söyləyib, hətta qarğış da edib:

 

“Allah sizə heç rəhm etməsin…Bədbəxtsiniz siz! İstəməzdim bu Ramazanda belə danışım. Amma məcbur oldum. Allahın yazıq bəndəcikləri. Allahın yadından çıxmısız siz. Oturun instaqramda onun- bunun qazancını güdün. Kim hara getdi, kim nə qədər qazandı. Oturun ancaq qiybət qırın!”.

 

Nadirin bu kobud ifadələri işlətdiyi video qısa zamanda sosial şəbəkədə paylaşılıb. Videonu izləyənlər Nadiri dediklərinə görə tənqid ediblər.Konkret.az

 

Tarix: 7 May 2020, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin